Azərbaycanda bir çox yollarda nişanlanma işləri aparılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Nişanlanma işləri aparılan yollar bunlardır:
Gülaya Qədirbəyova, Koroğlu Rəhimov küçələrində və Zuğulba şossesində yenilənmə işləri icra edilib.
Salyan yolunda üfiqi nişanlanma xətlərinin və COP 29 zonalarının təşkili istiqamətində işlər davam etdirilib.
Nizami küçəsində üfiqi nişanlanma xətlərinin təşkili işlərinə başlanılıb, 8 Noyabr prospekti, Mirzəağa Əliyev küçəsi və Şamaxı yolunda isə üfiqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib.