"Bu, İsraili daha təhlükəsiz etməyəcək"
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İsrailin qeyri-qanuni yaşayış məskənlərinin inşası üçün əlavə vəsait ayırmağından danışaraq bunları deyib:
"Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni yaşayış məskənlərinin inşası üçün yeni vəsait ayıracağını öyrənəndə dəhşətə gəldim. Bu, özünümüdafiə deyil. Bu İsraili daha təhlükəsiz etməyəcək. Qanunsuz məskunlaşmalar Beynəlxalq İnsan Haqlarının ciddi şəkildə pozulması və İsrailin ən böyük təhlükəsizlik problemidir”.
Günel