Buçada əri öldürülən qadın: "Onun kəsilmiş və işgəncələrə məruz qalmış meyiti..."

Buçada əri öldürülən qadın: "Onun kəsilmiş və işgəncələrə məruz qalmış meyiti..."
DÜNYA
13:46 05.04.2022
638
Buçada əri qətlə yetirilən ukraynalı qadın dəhşətli açıqlama verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kiyevdən 37 kilometr uzaqlıqda yerləşən Buça şəhərindən gələn görüntülər dünya ictimaiyyətini dəhşətə gətirdiyi bir vaxtda rus əsgərlərinin əlindən sağ çıxan Tetyana adlı qadın "Reuters” xəbər agentliyinə başına gələnləri ən xırda təfərrüatlarına qədər danışıb.

Onun sözlərinə görə, rus əsgərləri şəhərə daxil olduqdan sonra əsgərlər onu və keçmiş donanma zabiti olan həyat yoldaşını evlərindən çıxarıblar. O, həyat yoldaşının başından güllə yarası aldığını söyləyib. Eyni zamanda onun kəsilmiş və işgəncələrə məruz qalmış meyitini itlərin yeməməsi üçün dərinə basdırdığını bildirib.

Tetyana yaşadığı mənzilin zirzəmisində bəzi cansız cəsədlər gördüyünü, onların arasında yoldaşının da olduğunu bildirib:

"Onu ayaqqabısından və şalvarından tanıdım. Bədəni kəsilmişdi. Qonşumda üzünün fotoşəkili var. Bir neçə yerdən bədəni kəsilib, işgəncələrə məruz qalmışdı".

Qadın həmçinin Çeçen ordusunun davamlı olaraq onları kəsməklə hədələdiyini söyləyib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR