Buçada insanlar belə öldürülüb - VİDEO yayıldı

Buçada insanlar belə öldürülüb - VİDEO yayıldı
DÜNYA
17:15 06.04.2022
650
Ukraynanın Buça şəhərindəki qətliamın ilk görüntüsü ortaya çıxıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Rus ordusunun Buçada törətdiyi qətliamın ilk görüntüsü ortaya çıxıb.
 
Yablonska küçəsinin girişində ölü tapılan mülki şəxsin güllələnmə anı yayılıb.
 
Digər tərəfdən, ABŞ-ın bir görüntüləmə şirkəti tərəfindən yayımlanan peyk fotoşəkilləri bir neçə gün əvvəl Buça şəhərinin küçələrində tapılan mülki şəxslərin cəsədlərinin şəhərin Rusiyanın nəzarətində olduğu yerlərdə olduğu ortaya çıxıb.
 
Maxar Technologies şirkəti Buça şəhərinin 18, 19 və 31 mart tarixlərində çəkilmiş peyk görüntülərini paylaşıb. Doqquz fotoşəkildən ən azı dördü şəhərin Yablonska küçəsindəki cəsədləri göstərir. Xatırladaq ki, Buça şəhəri martın 30-dək rus qüvvələrinin nəzarəti altında olub.
 
Onu da qeyd edək ki, dünən TASS Xəbər Agentliyində yer alan xəbərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Buçadakı saxta fotoşəkillərin Qərb ölkələri və Ukrayna tərəfindən sosial mediada yayıldığını bildirib.
 
Ayşən 
 
OXŞAR XƏBƏRLƏR