Buçadan sonra rəsmi Kiyevlə Moskva danışıqlar apara biləcək?

Buçadan sonra rəsmi Kiyevlə Moskva danışıqlar apara biləcək?
DÜNYA
17:09 05.04.2022
357
Buçadan sonra danışıqlar necə davam edəcək?

AZXEBER.COM xəbər verir ki, rus ordusunun geri çəkildiyi Kiyev yaxınlığındakı Buçada qətliam törədildiyi üzə çıxıb. Buçadan sonra diplomatiyanın necə davam edəcəyi maraq doğurur.

Ukrayna rəsmiləri əlləri arxadan bağlanaraq güllələnən mülki vətəndaşların olduğunu açıqlayıb. Şəhərdə kütləvi cəsəd olduğu görülüb, həmçinin insanların 14 metr dərinlikdəki çuxurda 300 nəfərin basdırıldığı bildirilir.

Ukrayna prezidenti Volodimir Zelenski Buçada baş verənləri görmək üçün paytaxt Kiyevdən bölgəyə gedib. O bildirib ki, rus ordusunun Buçada etdiklərini gördükdən sonra danışıqlar aparmaq çox çətindir, lakin başqa variant yoxdur. 

Kremlin sözçüsü Dmitri Peskov Buça hadisəsindən sonra danışıqların davam edib-etməyəcəyini bilmədiyini bildirib. 

Kremlə yaxın Rusiya Beynəlxalq Münasibətlər Şurasının analitik mərkəzinin direktoru Andrey Kortunov isə, Buçadan sonra razılaşmanın əldə edilməsinin çətin olduğunu deyib. 

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR