Büdcədən pul ayırıb gənclər üçün tədbir keçirdilər – Yalnız İcra Hakimiyyətinin işçilərinin girişinə icazə verdilər

SOSİAL
15:16 07.03.2017
4591

Martın 3-də Yevlaxda İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, "ASAN xidmət"in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən təşəbbüskar gənclərin iştirakı ilə "Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu" mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin biznes quruculuğuna təşviq edilməsi olsa da, tədbirdə daha çox Yevlax Rayon İcra Hakimiyyətinin işçilərinin girişinə icazə verilib.

Bu barədə AZXEBER.COM-a tədbirdə iştirak etmək istəyən, ancaq heç bir səbəb göstərilmədən zala buraxılmayan Vasif Abdullayev adlı oxucu məlumat verib.

O, tədbirdə iştirak etmək üçün Yevlax Rayon İcra Hakimiyyətinin başçısının müavini Vaqif Mehdiyevlə əlaqə saxlayaraq tədbirdə bir gənc olaraq iştirak etmək niyyətinin olduğunu bildirsə də, ona mənfi cavab verilib:

"Bu tədbir haqda iqtisadiyyat nazirliyinin saytında yazılan informasiyada qeyd edilib ki, regionda bu sahədə təşəbbüskar gənclərin iştirak ediblər. Lakin Ucar rayonundan layihəyə konkret olaraq yalnız icra hakimiyyəti əməkdaşları və idarə, müəsissə işçiləri göndərilib. Dövlət qulluqçusunun biznes inkubatorunda nə işi var axı? Bu haqda Yevlax rayon icra başçısının müavini Vaqif Mehdiyevlə telefon əlaqəsi saxlayıb sual verdim ki, layihə haqqında maraqlanıram. Dedilər ki, yaxınlaşın Yevlax şəhərində yerləşən Regional İnkişaf Mərkəzinə əgər sizə maraqlıdısa sizi istiqamətləndirək. Ancaq sonra heç bir şey etmədilər. Maraqlıdır, bəs bu dövlət qulluqçularının orada iştirak etməsini kim təşkil edib, onlar iş vaxtı biznes inkubatorunda nə gəzirlər. Xalq üçün nəzərdə tutulan layihələrdə dövlət qulluqçularının nə işi var?”.

Şikayətçinin sözlərinə görə, gənclər üçün nəzərdə tutulan tədbirdə sadəcə icra hakimiyyətinin işçiləri və onlara yaxın şəxslər buraxılıb.

Qeyd edək ki, nazirlik rəsmiləri və dövlət rəsmiləri də iştirak ediblər.

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq