Məşhur aktrisa Demet Özdemir avqustun son günlərində müğənni Oğuzhan Koçla nikah masasına əyləşib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa hələ də Parisdə bal ayında ikən acı xəbərlə sarsılıb.
Belə ki, Özdemir sosial mediada paylaşdığı foto ilə nənəsini itirdiyini qeyd edib.
Sosial media hesabından birlikdə çəkdirdikləri şəkli dua emojisi ilə paylaşan Özdemir əlavə açıqlama verməyib.
Aydın