Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər

Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər
DÜNYA
18:34 05.11.2024
216
ABŞ prezidentliyinə namizəd Donald Trampın prezident seçkilərində qalib gəlmə ehtimalı 61 faizdir.

Bu barədə "Polymarket" bukmeker agentliyinin məlumatında deyilir.

Agentliyin hesablamalarına görə, Trampın rəqibi Kamala Harrisin şansı isə 39 % təşkil edir. Ağ Evin keçmiş rəhbərinin qələbəsinə təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezidentinin qələbəsinə isə 808 milyon dollar pul qoyulub.

Qeyd edək ki, bu gün ABŞ-də prezident seçkiləri keçirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR