Bulvar İdarəsində ciddi maliyyə pozuntuları - Rəsmi hesabat

Bulvar İdarəsində ciddi maliyyə pozuntuları - Rəsmi hesabat
SOSİAL
10:20 01.02.2018
1130
Hesablama Palatası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində ciddi maliyyə pozuntuları aşkarlayıb.

AZXEBER.COM xəbər verir ki, audit tədbiri Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan, tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfat hesablı təşkilatları olan "Sahil Xidməti” MMC və "Dənizkənarı Milli Park” MMC-ni əhatə edib. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunub.

Bəlli olub ki, müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.

"Dənizkənarı Milli Park” MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə "Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin "Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.

Hesablama Palatasının kollegiyası İdarədə yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surətini, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərib. Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi