Bulvarında dəhşətli hadisədə ölən şəxs kimdir? - Adı və intihar səbəbi

Bulvarında dəhşətli hadisədə ölən şəxs kimdir? - Adı və intihar səbəbi
SOSİAL
10:32 26.09.2018
3447
Sentyabrın 23-nə keçən gecə Bakı bulvarında - "Park Bulvar" ticarət mərkəzinin yaxınlığından özünü dənizə ataraq intihar edən şəxsin kimliyi müəyyənləşdirilib.

Aparılan araşdırmalar nəticəsində özünü insanların gözü qarşısında dənizə ataraq həyatına son qoyan şəxsin Masallı rayon sakini, 1984-də anadan olmuş Zeynalov Mahir Əliabbas oğlu olması müəyyən edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mahir Zeynalov xeyli müddət imiş Bakıda yaşayırmış və paytaxtda müxtəlif şirkətlərdə işləyib. Onun banka borcunun olduğu və borcu ödəməkdə çətinlik çəkdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Publika.az
 

 


OXŞAR XƏBƏRLƏR