“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül
SOSİAL
14:35 18.07.2026
793
Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxın dostlarından olan Haluk Leventlə bağlı təəssüf hiss keçirdiyini qeyd edib.

"Bir Haluk Levent hekayəsi...

O dövrdə sən və mən eyni xəyalları və eyni həyəcanı paylaşdıq. Şöhrət nərdivanını bir dam altında, eyni prodüser şirkəti ilə birlikdə qalxdıq.

Sonra qorxunc bir borc spiralına düşdün. Qazandığın pis vərdişlər sənə ciddi bəlalar gətirdi. Həmin borclara görə səni mərhum prodüserimiz Hilmi Topaloğlu və Özcan Dənizin müşayiəti ilə şəxsən Adana Karataş həbsxanasına apardıq.

O vaxtlar Star TV-də bir serialdan qazandığım pulla səkkiz müxtəlif banka olan borclarını ödəmək üçün sənin yanında olduq. Ayağa qalxmağın üçün əlimizdən gələni etdik.

İllər ərzində "Ahbap” Dərnəyi vasitəsilə həyata keçirdiyiniz yardım fəaliyyətlərini gördükcə öz-özümə "Haluk o qaranlıq günləri geridə qoyub”, - deyirdim. Nazirlərdən, valilərdən tutmuş şəhər meri və Prezidentin xanımına qədər hər kəs səni təqdir edirdi. Xalq bağrına basdı. Sənə ikinci, üçüncü, bəlkə də sonuncu şansı verdi.

Zəlzələdən sonra insanlar öz doğmalarını torpağa tapşırarkən, milyonlarla insan sənə güvəndi və əllərindəki o cüzi imkanları belə əmanət etdi.

Və məhz buna görə də... O masaların arxasına bir daha oturmamalıydın. O ekranlara bir daha baxmamalı, o düymələrə bir daha toxunmamalıydın. Kaş ki, əlləriniz qırılaydı – təki o qaranlığa qayıtmayaydın.

Milyonlarla insan sənə yol göstərən bir işıq yandırdı, amma o işığı görmədin. Keçici bir həyəcan naminə bu qədər sevgi, etimad və zəhmətə arxa çevirdin. Hərəkətlərin təkcə səni deyil, sənə inanan hər kəsi yaraladı.

Bu gün fikrimdə ilk növbədə sən deyil, ailən var. Təkcə onların xatirinə belə, bütün o pis vərdişləri, qarşısıalınmaz istəkləri və zəiflikləri geridə qoymalıydın.

Cavabını tapa bilmədiyim bir sual qalır:

Buna həqiqətən dəyərdimi, Haluk?”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, 57 yaşlı Haluk Levent barəsində İstanbul Baş Prokurorluğu tərəfindən "Ahbap” dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılma qərarı çıxarılıb. Hazırda məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.
 
 //qafqazinfo 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH