Bundan sonra toylarda bu mahnını oynayacaqsız - VİDEO

MAQAZİN
15:30 12.08.2013
7529

Toylarımızın yeni hiti üzə çıxdı.

Milli.Az xəbər verir ki, “Toylar kralı”Manaf Ağayev“Ay Cemo - ay Cəmilə” adlı türk mahnısını repertuarına daxil edib.

İllər öncə sevilən bəstənin sözlərini Azərbaycan dilinə tərcümə etdirən Manaf deyir ki, bu mahnı toylarda ən çox səsləndirilən mahnıları kölgədə qoyacaq:“Mahnını studiyada yazdırarkən bildirdim ki, bu, hit olacaq. Qoy həmkarlarım məndən inciməsinlər, toylarda ancaq “Ay Cemo-ay Cəmilə” eşidiləcək, buna əminəm”.Qeyd edək ki, internetdə sürətlə yayılmaqda olan bu mahnının Nadir Qafarzadənin ifasında sevilən “Maral-maral”a rəqib olduğunu söyləyənlərin sayı yetərincədir."Ay Cemo - ay Cəmilə"nin mərhum müğənni Azər Bülbülün yazdığı "Maral-maral"ı nə zaman üstələyəcəyini zaman özü göstərəcək.Hit üzə çıxaran Manaf Ağayev Qış bulvarında fotosessiyada da etdirib.“Ay Cemo - ay Cəmilə” mahnısını təqdim edirik.

OXŞAR XƏBƏRLƏR