Almaniya Bundesliqasının 25-ci turunda Münxenin "Bavariya” klubu doğma meydanda "Maynts”ı qəbul edib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, oyun münxenlilərin böyük hesablı qələbəsi ilə bitib – 8:1.
Bu qələbədən sonra 57 xalı olan "Bavariya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Birinci yerdə 64 xalla "Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi "Bayer”dir(Leverkuzen).