Bundestaq Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edib

DÜNYA
05:39 01.02.2025
275
Bundestaqın üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) qətnaməsini qəbul edərək, hökuməti dərhal Bundestaqın Büdcə Komitəsinə Ukraynaya dəstək məqsədilə gələcək tədbirlər üçün 3 milyard avroya qədər "planlaşdırılmamış xərclər” təklifini təqdim etməyə çağırıblar.

Bu barədə AZXEBER.COM TASS-a istinadən xəbər verir.

ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.

"Almaniya üçün Alternativ”, "Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və sol partiyalar layihəyə qarşı çıxıblar.

Almaniya Sosial Demokrat Partiyası (ASDP) və "yaşıllar” partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.

OXŞAR XƏBƏRLƏR