Bundestaq Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı çıxıb

Bundestaq Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı çıxıb
DÜNYA
20:22 14.03.2024
169
Bundestaq (Almaniya parlamenti) Ukraynaya "Taurus” qanadlı raketlərinin tədarükünü nəzərdə tutan qətnaməni qəbul etməyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung” (FAZ) məlumat yayıb.

Parlamentin bu gün keçirilən iclasında deputatların böyük əksəriyyəti Kiyevə "Taurus” qanadlı raketlərinin verilməsini ehtiva edən qətnamənin əleyhinə səs verib.
OXŞAR XƏBƏRLƏR