Prezidentliyə namizədlərin ikinci teledebatında çıxış edən Araz Əlizadə həmin tədbirdə gərginlik yaradan tərəfləri tənqid edib.
AZXEBER.COM xəbər verir ki,A.Əlizadəhəmin çıxışında bunları deyib: “Əziz bacılar və qardaşlar, biz buyuq. Hamı Hafizi söyür, hamı deyir ki, Hafizin səviyyəsi yoxdur… Professor… Bəs bunun səviyyəsinə nə deyirsən? Hafizin səviyyəsi yoxdur, Cəmil Həsənliyə sataşır. Cəmil Həsənli bunu icad eləməyib ki, başladı prezidentin ailəsinə sataşmağa, təhqir etməyə… O, böyük səhv elədi, qələt elədi ki, Cəmil Həsənlinin qızı haqqında danışdı. Amma Cəmil Həsənli ondan böyük qələt elədi ki, başladı ölkənin birinci xanımı, prezidentin uşaqları haqqında danışmağa… Biz mənəviyyatdan danışırıq, deyirik ki, sosial hökumət quraq, biz deyirik ki, ədalət olsun… Baxın, bu, bunun müxalifəti, bu da onların vaxtında hakimiyyətdə olmuş balıq naziri… Bunların xəmiri belə yoğurulub… İstəyir bu, elmlər doktoru olsun, istəyir professor olsun, istəyir elmlər namizədi olsun, istəyirsə də dosent olsun… Bunların məfkurəsi budur. Bunlar ədəb, adət, ənənə, milli mentalitet bilmirlər… Milli Şuradırlar... Hansı Milli Şuradan söhbət gedə bilər ki, bu insanlarda milli mentalitet yoxdur… Belə olan halda mən sizə bir də deyirəm, düşünün, baxın, görün, kimə səs verirsiniz…”.