Bunları etsəniz, həyatınız dəyişəcək

MARAQLI
13:02 30.08.2024
299
Hər günü bir az da olsa yaxşılaşdırmaq bizim öz əlimizdədir. Nə qədər çox elementi etməyə hazırıqsa, gündəlik həyatımız bir o qədər maraqlı olacaq. Unutmayaq ki, xoşbəxtlik kiçik şeylərdən başlayır.
 
AZXEBER.COM gününüzün daha enerjili və gözəl keçmısi üçün etməli olduğunuz 7 ünsürü təqdim edir:
 
Komplimentlər deyin

Ən sadə kompliment belə kiminsə gününü işıqlandıra bilər. Ətrafınızdakıların yaxşı əhval-ruhiyyəsi üzərində gücünüzü dərk edin və ondan məmnuniyyətlə istifadə edin. Hətta birinə "sən əla görünürsən" və ya "ayaqqabıların çox qəşəngdir" deməyin,  onu xoşbəxt edə bilər.  Hər gün təriflər söyləyin və xoşbəxt insanların əhatəsində öz həyatınızın yaxşılığa doğru dəyişməsinə baxın.
 
İdman edin
 
Güc məşqlərindən nəzərəçarpacaq effekt əldə etmək üçün həftədə 2-3 dəfə idman zalına vaxt ayırmaq kifayətdir. Günün əvvəlində idmanla isinmək səhəri həqiqətən yaxşı edəcək, enerji ilə dolacaq, yolda yuxuya getməyi dayandıracaq və əhvalınızın yaxşılaşmasını hiss edəcəksiniz.
 
Yenilik axtarışında olun

Hər gün yeni bir şey sınayın ki, darıxdırıcı həftə sonlarınıza rəng qata biləsiniz. Məsələn özünüzə yeni marşrut xətti cızın, və ya yeni dadları sınayın. Bu kimi kiçik şeylər sizdə həyata yeni baxış aça bilər.
 
Yatağınızı düzəltmədən evdən çıxmayın

Yatağınızı düzəltmək, yəqin ki, oyandıqdan sonra etmək istədiyiniz ən son şeydir. Ancaq bu, diqqətdən kənarda qalmamalı olan şeylərdən biridir. Xaosu və dağınıqlığı geridə qoyaraq günə başlamaq üçün ilk edəcəyiniz şey yatağınızı toparlamaq olmalıdır. 
 
Sevginizi etiraf edin

Yalnız yaxınlarınıza deyil, həm də valideynlərinizə, qardaş-bacınıza və dostlarınıza onları nə qədər sevdiyinizi söyləsəniz, xoşbəxt olacaqsınız. Bəzən "səni sevirəm" kimi sadə bir ifadə həyatı dəyişə bilər. Qoy yaxınlarınız onlara qarşı isti münasibətinizdən bir an belə şübhə etməsinlər.
 
Mənalı bir şey edin
 
İllər sonra həyatınızı boş və mənasız hiss etməmək üçün hər gün mənalı bir şey etdiyinizə əmin olun. Bəzi insanlar özlərini xeyriyyəçilikdə tapır, bəziləri isə ruhlarını peşələrinə qoyurlar. Önəmli olan bizim öz işlərimizə hansı mənanı yükləməyimizdədir.
 
"Yeni sən"i yarat
 
Dəyişiklik etməkdən çəkinmə. Bəzilərimiz üçün imic dəyişikliyi həyatda dönüş nöqtəsi ola bilər. Saç boyanı dəyiş, kəsimini yenilə. Bu səni xoşbəxt edəcək.
 
Aysel Hacızadə




OXŞAR XƏBƏRLƏR