‘Bunu Allahın işinə müdaxilə kimi qiymətləndirirəm’ - Oqtay Əsədov

‘Bunu Allahın işinə müdaxilə kimi qiymətləndirirəm’ -  Oqtay Əsədov
SİYASƏT
14:47 31.05.2013
2854

Qanunsuz qeysəriyyə əməliyyatı aparanlarla bağlı cəzalar sərtləşdirilib.

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlarla bağlı cəzaların müəyyənləşməsinə dair layihə müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar. Müzakirələr zamanı spiker Oqtay Əsədov bildirib ki, son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb: “Mən bunu çox neqativ hal hesab edirəm, Allahın işinə müdaxilə kimi qiymətləndirirəm. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik”. Deputat Musa Quliyev isə çıxışında qeyd edib ki, uşaqların cinsinin əvvəlcədən müəyyən olunması və selektiv abortlarla bağlı məsələ “Reproduktiv sağlamlıq haqqında” qanunda öz əksini tapacaq və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Deputat Aytən Mustafayeva da bildirib ki, belə hadisələr ciddi demoqrafik dəyişikliyə gətirib çıxara bilər və bu səbəbdən selektiv abortlara qarşı çıxmaq lazımdır. Deputat Rəfael Cəbrayılov da spiker Oqtay Əsədovun fikrini dəstəkləyərək bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət acınacaqlıdır. O deyib ki, 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı qeysəriyyə əməliyyatı nəticəsində götürülüb. Layihə səsə qoyularaq qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
22:51 09.05.2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basıb
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
22:43 09.05.2025
Hindistanla Pakistan arasında döyüşlər yenidən başladı
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
22:31 09.05.2025
Sumqayıtda evdə yanğın - hadisənin qəsdən törədildiyi iddia olunur
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil
22:21 09.05.2025
Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil