'Bunu Azərbaycanda ilk dəfə mən edəcəm' - Abbas Bağırov

DÜNYA
18:11 02.04.2013
1542

Əməkdar artist Abbas Bağırovun klip çəkəcəyi mahnıları bundan sonra pərəstişkarları seçəcək.

Müğənni açıqlamasında alboma daxil edəcəyi bəstələrin seçimini də onlara həvalə edəcəyini deyib:

“Mahnılarımın hamısını sosial şəbəkədə səsverməyə çıxaracam. Bu, ödənişsiz olacaq. Ən çox bəyənilən mahnıya klip çəkdirəcəm. 2014-cü ildə çıxacaq albomumda yer alacaq mahnıları da pərəstişkarlarım seçəcək. Ona görə də mahnı seçiminə indidən başlamışam. Bu işləri Azərbaycanda ilk dəfə mən edəcəm. Həvəskar şairlərə və bəstəkarlara şans yaradacam ki, mənim üçün mahnılar yazsınlar. Bütün yenilikləri sevənlərim üçün edirəm. Qoy, mahnılar, kliplər ürəklərincə olsun”.//axsam.az

OXŞAR XƏBƏRLƏR