“Bunu üstünlük hesab edirlər, amma acizlikdir…” - İradədən tənqid

“Bunu üstünlük hesab edirlər, amma acizlikdir…” - İradədən tənqid
MAQAZİN
12:44 08.06.2026
119
"Bəzi qızlar deyir ki, anamın evində bir yumurta belə bişirməmişəm. Bunu üstünlük sayırlar, amma acizlikdir".
 
AZXEBER.COM xəbər verir ki,bu sözləri müğəni İradə İbrahimova "İncə səhər" verilişində deyib.
 
Sənətçi bildirib ki, uşaqlar valideynlərin onlar üçün çəkdiyi əziyyəti anlamalıdırlar:
 
"Bu işlərin oğlanı, qızı olmaz. İnsan özünə bir stəkan çay süzüb gətirə bilməlidir. Bəzi qızlar deyir ki, anamın evində bir yumurta belə bişirməmişəm. Bunu üstünlük sayırlar, amma acizlikdir. Mən o analardanam ki, övladlarımdan bu şeyləri tələb etmişəm. Yanıma çəkirəm, göstərirəm, qoy öyrənsilər, bilsinlər. Bizim bir həyat təcrübəmiz var, və onlara nəyin yaxşı, nəyin pis olduğunu biz öyrətməliyik. Ata-anası ilə bir masa arxasında oturub yemək yeyən, nəyisə bölüşən övladlar həyata başqa gözlə baxırlar. Uşaqlar ata-ananın nə qədər əziyyət çəkdiyini görməlidir, bu önəmlidir".
 
Aysel
OXŞAR XƏBƏRLƏR