“Bura İlham Əliyevin tapşırığı əsasında gəlmişik”

“Bura İlham Əliyevin tapşırığı əsasında gəlmişik”
SİYASƏT
13:58 11.10.2020
810

"İnsanların sıx şəkildə yaşadığı bir yerə raket atıblar. Bu şəraitdə raket atanlar onun dağıtma gücünü də çox yaxşı bilirlər. Yenə də xaincəsinə, şərəfsizcəsinə mülki insanlara qarşı bunu istifadə edirlər”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gəncədə dağıntıların olduğu əraziyə baş çəkən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

 

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri həlak olan mülki insanlara başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib. Həmçinin bildirib ki, Gəncəyə Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Azərbaycanın Baş Prokuroru və digər həmkarlarla birgə gəliblər. Yaxın vaxtlarda Gəncə Şəhər Prokurorluğunda  mətbuat konfransı da olacaq və suallara aydınlıq gətiriləcək.  

"Biz bunu genosid faktı kimi qiymətləndirik. Əgər ermənilər raket texnologiyasından istifadə edərək mülki əhalinin yaşadığı yerlərə hücum etməyə davam etsələr, Azərbaycan öz hüququndan istifadə edib əks- hücuma keçəcək”.

OXŞAR XƏBƏRLƏR