Məsələ ilə bağlı "Viləş Palace Hotel”in direktoru Səlim Öztürk primetime.az-a açıqlama verib. O bildirib ki, qeyd edilənlər reallığa uyğun deyil:
"Bizim oteldə digərlərində olduğu kimi açıq bufet səhər yeməyi var. Burda 40-dan artıq təam qonaqlara təqdim olunur. Kənardan gələn qonaqlar da (otelimizdə qalmayan) səhər yeməyinə müraciət edəndə onlara öncə səhər yeməyi bufeti göstərilir. Dünən də eyni məsələ olub. Dörd böyük, bir uşaq yaxınlaşıblar. Ofisiantlarımız bufeti göstərsələr də, kənarda oturmaq istədiklərini bildiriblər. Və onlara bir ofisiant ayrılıb və təamlar yüksək səviyyədə təqdim olunub. Şəxs bir şəkil paylaşıb, amma elə deyil. Ümumiyyətlə, onlara iki "padnos” yemək verilib. Açıq bufet adambaşı 10 manatdır. Siz ordan bir və ya 100 yumurta yediniz, limit qoyulmur. Sonda qonaq narazılıq edib ki, 40 manat bahadır, halbuki 5 nəfər idilər. Uşaqlardan biri böyük idi, digər uşağa hesab yazılmayıb. Həmin şəxs yersiz narazılıqlar edib, problem yaradıb və işçiləri təhqir edib. Mənə zəng vurub bu haqda məlumat verəndən sonra bildirdim ki, həmin şəxsi otelimiz adından qonaq edin”.
S.Öztürk qeyd edib ki, mövqe öyrənmədən məlumat paylaşan saytlar məhkəməyə veriləcək:
"Məni narahat edən odur ki, jurnalistlər araşdırmadan bunu yayıblar. Yəni, qeyd edinlərlər real deyil. Həmin şəxs məqsədyönlü şəkildə səhər yeməyi bufetində deyil, uzaq yerdə oturdu, problem yaratdı. Sadəcə soyutma yumurta və pendir şəkli paylaşaraq qarayaxma piar edir. Həmin şəxsi də, haqqımızda bilmədən şər məlumat yayanları da məhkəməyə verəcəyik. Çünki təktərəfli informasiya paylaşmaq olmaz”.