Buralara qar yağır, səndəki günəşdən danış

Buralara qar yağır, səndəki günəşdən danış
KÖŞƏ
12:01 23.09.2014
3295
Ey qara gözləri ilə dünyaya rəngli baxan qız, mənə rənglərdən danış.
Rəngli gözlü, kor qız, gördüklərini, görmədiklərini danış. Yağışı sevirsən sən, gözlərindəki yağışdan danış. Həyata qayıt, istidən, soyuqdan danış. Buralara qar yağır, səndəki günəşdən danış.
Danış, içim isinsin.
Üzünə tökülən saçlardan danış, danış ey qurbanolduğum, səsin gur şəlalələrlə birgə ötən quşlar kimi.
Onu görəndə əlinin titrəməsindən danış, ürəyinin döyünməsindən, kiçik- kiçik tərləməyindən. “Unutdum” dediyin an, birdən yada düşər ha, iştahınqaçar, yarım qoyarsan tikəni, əlindəki çəngəli atıb durarsan masadan. Mənə o anı danış.
Yaşamısan bunu? Yaşamısansa danış.
Önümdən gülərək keçməyi danış. Çörək gözləyən qağayı kimi, səni gözləyən məni danış.
Yadına düşməsin deyə nə edirsən? Etdiklərini danış.
Ürəyi Bağdad qədər uzaq qız, ora çatanları danış. Dördtərəfim uca dağ, sənə gələn yolu danış.
Mənə bir hekayə danış. Nə gerçək, nə xəyal, yuxu oldun. Yuxusuz gecələr nədir bilməzsən sən, gördüyün axırıncı yuxunu danış. Ürəyindəki sevinci danış.
Səndən başqa heçnə görməyən məni, məni görməyən səni danış. Qanadsız quşlardan danış.
Sözün bitsə əgər, əlinin üstündəki xaldan danış. Sevdiyin ayaqbarmaqlarını danış.
Bu gecə yalanım yox, yalanlar danış. Onsuz gerçəyi deyəcək gözlərin…və gözlərim.
OXŞAR XƏBƏRLƏR