Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək?

Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək?
SOSİAL
20:45 11.06.2020
873
"Temperaturu yüksək olduğuna görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün yenidən imtahanların təşkili məsələsi TƏBİB-in səlahiyyətində olan məsələ deyil”. 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib. 

O bildirib ki, bu sual daha dolğun şəkildə Təhsil Nazirliyi tərəfindən cavablandırılmalıdır:

"Daha yaxşı olar ki, bu məsələ Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi tərəfindən müzakirə edilsin”. (Oxu.az)
OXŞAR XƏBƏRLƏR