“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
SOSİAL
11:25 02.02.2023
117
"Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum sədri bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil:

"Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR