Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir - RƏSMİ

Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir - RƏSMİ
SOSİAL
19:55 18.06.2020
1049
"Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdiriləcək”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, iki həftəlik karantin rejimi ilə bağlı buraxılış və qəbul imtahanları təxirə salınacaq:

"Ola bilər ki, yalnız Naxçıvan Muxtar Respublikasında imtahan tarixləri dəyişməsin. Amma bütün hallarda bununla bağlı keçiriləcək növbəti brifinqlərdə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən ətraflı məlumat veriləcək”.
OXŞAR XƏBƏRLƏR