Qoç Orijinallıq göstərmək və toplumdan fərqlənmək istəyi sizi xoşagəlməz və ətrafdakıların gözündə gülünc vəziyyətdə qoya bilər. Rəhbərliklə danışıqlarda hər dediyiniz sözə diqqət yetirin ki, səhv deyilən kəlmə sizi onların gözündən salmasın. Sevgi münasibətlərində yalandan uzaq durun. Buğa Bu ay maddi riski olan işlə məşğul olma təklifi alacaqsınız. Bu təklifə razılıq verməməyiniz məsləhətdir. Çünki situasiya nəzarətdən çıxa və gözlənilməz neqativ nəticələrə gətirə bilər. İşgüzarlığınızla ehtiyata müəyyən miqdarda pul ata bilərsiniz. Əkizlər Əkizlər ailədə hüquq və vəzifələr mövzusunda şəxsi fikirlərinə yenidən nəzər salmalıdırlar. Belə ki, ailə həyatınız pis dönəmdən keçəcək, həyat yoldaşınızla münasibətlər isə boşanma səviyyəsinə qədər çata bilər. Situasiyanı normallaşdırmaq üçün başa düşməlisiniz ki, yalnız siz qərar vermirsiniz. Xərçəng Ayın əvvəlində uzun zaman sizin yuxunuzu qaçıran problemi asanlıqla həll edəcəksiniz. İşdə kreativlik və yaradıcı yanaşma göstərin, bununla əməyinizin nəticəsini yaxşılaşdıra, prosesi isə daha maraqlı və əyləncəli edə bilərsiniz. Şir Ciddilik, əməksevərlik və vaxtında yerinə yetirilən iş sizi karyerada daha tez yüksəldəcək, nəinki kolleqa və rəhbərlik qarşısında lovğalıq və özünüöymə. Partnyorlarla danışıqlar zamanı lazımi informasiya azlığı sizi çıxılmaz vəziyyətdə qoya bilər. Qız Nə vaxtsa sizə çox kömək edən bir insan eyni xahişlə sizə müraciət edə bilər. Bu işin öhdəsindən asanlıqla gələcəksiniz. Rəhbərlik işgüzarlığınızı qiymətləndirəcək və həm vəzifədə, həm də məvacibdə sizi yüksəliş gözləyir. Məsuliyyətli və çətin işi görərkən ən xırda detallara və nüanslara diqqət yetirin ki, səhvlərə yol verməyəsiniz. Tərəzi Bu ay mədəniyyət və elm sahəsinə maraq göstərəcəksiniz. Hətta yeni bir təhsil almaq istəyi yaranacaq. Ayın ortasında işdə əlavə iş götürməyinizin müqabilində maddi vəziyyətiniz yaxşılaşacaq. Borclulara borclarını ödəmələrini xatırlatmaq üçün əla zamandır. Əqrəb Biliklərinizi daha gənc və təcrübəsiz mütəxəssislərlə bölüşməlisiniz. Mədəniyyət və təhsil sahəsində çalışan Əqrəbləri uğur gözləyir. Eyni biliyə, marağa sahib olan yaxın dostunuzla birgə şəxsi işinizi açmaq fikri yarana bilər. Oxatan Bu ay özünüzü yorğun, halsız, gücsüz hiss edəcəksiniz, səbəbi isə energetik potensialınızın aşağı düşməsidir. Ancaq iş və şəxsi həyatınızda hər şey öz qaydasında olacaq. Ayın ikinci yarısında avantüraya qoşula bilərsiniz, çünki həm nəticə, həm də prosesin özü sizə maraqlı olacaq. Oğlaq Bu ay çoxdan planlaşdırdığınız layihəyə nə qədər tez başlasanız, istəyinizə bir o qədər tez çatacaqsınız. Uğurunuz xarici görünüşünüzün nə dərəcədə yaxşı görünməsindən və qərarlı olmağınızdan asılı olacaq. İşgüzar təkliflərdən imtina etməyin. Dolça Ola bilsin, bu ay Dolçalar təkliyə çəkilib sakitlik axtaracaqlar. Köhnə hesabların əvəzini çıxmaq və intiqam almaq üçün uyğun zaman deyil, əks halda keçmiş tanışınızla dava və konfliktlər ola bilər. Hətta münaqişəyə hüquqi təşkilatlar və hüquq-mühafizə orqanları qoşula bilər. Karyeranızda yüksəliş gözlənilir. Balıqlar