Bürcləri qarşıda nələr gözləyir?

MARAQLI
14:48 08.05.2024
285
6-12 may ərzində ayın Qoç bürcündə başlaması ilə bəzi bürclərin bu dönəmdə müəyyən çətinliklərlə qarşılaşacağı gözlənilir. 

AZXEBER.COM 12 bürcün hər birinin bu müddət ərzində nələr gözlədiyini təqdim edir:  

Əziz qoçlar ikili münasibətlərinizdə gərginliklərdən uzaq durmalısınız. Bu zaman dönəmində iş yoldaşlarınızla gərəksiz mübahisələrə girə bilərsiniz.   

Buğalar üçün bu həftə şanslı həftədir. Öz məsuliyyətlərinizə qarşı bu həftə diqqətli olun. Önəmli şans və fürsətlərlə qarşılaşa bilərsiniz. 1 həftə əvvəl problem etdiyiniz məsələlər bu həftə həllini tapacaq və hüzurlu olacaqsınız.  

Əziz əkizlər, bu həftə sizi əsəb edən insanlara qarşı daha çox məsafə qoymağa çalışın. İstər ailə, istərsə də, dost çevrənizdə məsafəli olmağa diqqət edin. İş həyatında və sosial çevrədə yaşadığınız gərginlikləri isə ailənizə yansıtmamağa səy göstərin.   

Xərçənglər bu həftə ailə problemləri yaşaya bilərlər. Bu problemlərə səbəb fikir ayırlıqları  ola bilər. Yeni başlanğıclar etməməyiniz məsləhət görülür. Ruhsal sıxıntılarınızı çevrənizə də yansıda bilərsiniz.  

Özgüvənləri və şarmları ilə seçilən Şirləri bu həftə bəzi mövzularda diqqətli olmalıdırlar. Bu həftə Yaxın çevrənizlə sıxıntılar yaşaya bilərsiniz. Həddən artıq xərclərdən qaçmalısınız. Təhsillə bağlı mövzularda inkişaflar sizi gözləyir.  

Qız bürcləri də şəxsi problemləri ilə bağlı bəzi sıxıntılarla qarşılaşa bilərlər. Amma buna görə əhvalınızı korlamayın. Kariyeranızda sizi zorlayan nüanslarla qarşılaşa bilərsiniz. Bu dövr isə sizin üçün qısa müddətli olacaq.   

Tərəzilər  bu həftə sağlamlıqlarına diqqət göstərsinlər. Qoç bürcündə ayın irəliləməsi ilə birgə içinizdə hüzursuzluq yarana bilər. Bu normaldır. Şəxsi həyatınizda, ikili münasibətlərinizdə balansın qorunmasını istəyə bilərsiniz. Bu həftə ərzində məsuliyyətlərinizə daha çox diqqət göstərməyiniz tövsiyə olunur.  

Əqrəblərin bu həftə iş mövzularında üzləri güləcək. İş möpvzusunda üzləri gülsə də, ikili münasibətlərdə aldadılmağa qarşı diqqətli olmaqları tövsiyyə olunur. Həftə boyunca sağlığınıza diqqət edin.  

Oxatanlar isə 6-12 may aralığında hədəflərinə gedən yolda müəyyən qədər büdrəyə bilərlər. Dostları və yaxın çevrələri ilə anlaşılmazlıqlar yaşaya bilərlər. İkili münasibətlərdə və sevgidə isə şanslı dönəmdir. Hər şey qaydasında gedən münasibətiniz varsa, bunun pozulmasına səbəb elə oxatanlar ola bilər. Ona görə də bu mövzularda diqqətli olun.  

Oğlaqlar da bu həftə sağlamlıqlarına diqqət etsinlər. Xarici ölkələrlə bağlılığınız varsa, və ya hansısa bir işiniz varsa burda bəzi problemlərlə üzləşə bilərsiniz. Onlayn əməliyyatlar edərkən də diqqətli olun. Aldana bilərsiniz.  

Dolçalar, xüsusilə də idmanla məşğul olan dolçalar diqqətli olsunlar. Çünki İdmanla bağlı yüngül qəzalar keçirmə ehtimalınız var. Sevgi münasibətiniz varsa, xaosdan və mübahisələrdən uzaq durmalısınız. Başqa insanların həyatları ilə maraqlanmamağınız sizin üçün bu zaman kəsiyində xeyirli olacaq.  

Son olaraq isə duyğusal balıqlar. Gəlin görək sizi nələr gözləyir.  

Maddi mövzularla bağlı müxtəlif sıxıntılar meydana çıxa bilər. Amma buna önəm vermədən yolunuza davam etməlisiniz. Ani qərarlar almağınız məsləhət görülmür. Yeni investisiyalar edə bilərsiniz. Diqqətli və təmkinli olsanız bu investisiyalar sizin üçün uğurlu olacaq. 

Oksana

OXŞAR XƏBƏRLƏR