Bürcünüzə görə saç düzümünüzə qərar verə bilərsiniz

MARAQLI
13:26 03.09.2024
240
Saç düzümü hər birimizin şəxsi üslubunu əks etdirən mühüm elementdir. Bir çox fərqli saç düzümü arasından seçim edərkən diqqət etməli olduğumuz bəzi kriteriyalar var. Bəs zövqləri və bürcləri nəzərə alsaq, hansı bürcə,  hansı saç düzümü yaraşar?
 
AZXEBER.COM Türkiyə mediasına istinadən bürclərə yaraşan saç düzümlərini təqdim edir:

QOÇ 
Həyəcanlı bir xarakterə sahib olan Qoçlar müasir saç düzümlərini mənimsəyir. Onlar üçün at quyruğu şəklində yığılmış və ya çiyinlərə qədər uzanan saçlar ideal seçim ola bilər.
 
BUĞA
Dəyişikliklərə o qədər də açıq olmayan Buğa bürcləri düz və ya təbii dalğalı saç düzümlərini bəyənirlər. Buğa bürcü illərlə eyni saç düzümündən istifadə edə bilir.
 
ƏKİZLƏR
Canlı xarakterə malik Əkizlər saçlarında dəyişiklik etməyi xoşlayırlar. Əyləncəli və uzun saç düzümü ilə birlikdə rəngli saç boyaları onların sevimliləri arasında ola bilər.

XƏRÇƏNG
Emosional xərçəng bürcləri ümumiyyətlə düz və romantik saç düzümlərinə üstünlük verirlər. Uzun dalğalı saçlar və ya orta uzunluqdakı kəsiklər onlar üçün ideal ola bilər.
 
ŞİR
Şir bürcü üçün həcmli saçlar çox vacib ola bilər. Küt, zərbəli və laylı saç düzümü onları ən yaxşı şəkildə əks etdirir.

QIZ BÜRCÜ
Dəyişiklikləri və dağınıqlığı sevməyən Qız bürcləri bu xüsusiyyətləri saç düzümlərində əks etdirir. At quyruğu və ya səliqəli topuz formalı saçlar onlar üçün ideal seçim ola bilər.
 
TƏRƏZİ
Tərəzilər sərin və təbii görünməyi sevirlər. Buna görə də hörüklü saçlar və ya uzun, dalğalı saç düzümləri seçmək onlar üçün əla seçim ola bilər.

ƏQRƏB
Ön planda olmağı sevən Əqrəblər üsyankar və qeyri-adi saç düzümlərini sevirlər. Bundan əlavə, mümkün qədər qadınsı görünmək üçün saç düzümlərinə üstünlük verə bilərlər.

OXATAN
Yaradıcı və aktiv olan Oxatanlara topuz yığmaq tövsiyyə oluna bilər.
 
OĞLAQ
Qısa və müasir kəsiklər Oğlaqlar üçün ideal ola bilər. Qabarıq saç düzümlərinə üstünlük vermirlər.

DOLÇA
Dolçalar saçlarının sərbəst olmasını istəyirlər. Düz və dalğalı uzun saçlar onların sevimli üslublarından biridir.

BALIQ
Balıqlar təbii saç düzümlərinə üstünlük verirlər. Dağınıq dalğalı saçlar və ya hörüklü topuzlar onlar üçün vazkeçilməz variantlardan biri ola bilər.
 
Oksana



OXŞAR XƏBƏRLƏR