Burkina Faso prezidenti istefa verərək ölkəni tərk etdi

Burkina Faso prezidenti istefa verərək ölkəni tərk etdi
DÜNYA
22:17 02.10.2022
303

Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina Faso prezidenti, podpolkovnik Pol-Henri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. Belə ki, Damiba ilə üsyançılar arasında aparılan danışıqlarda Toqonun prezidenti də iştirak edib.

Hazırda kapitan İbrahim Traore Burkina Fasonun yeni lideri sayılır.
OXŞAR XƏBƏRLƏR