Burkina-Faso Prezidenti Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Burkina-Faso Prezidenti Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib
SİYASƏT
23:10 01.06.2021
469
28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboredən:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü mənə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl imkan yaradır. Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.

Əmin olun ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə daim hazıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
OXŞAR XƏBƏRLƏR