Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb
SOSİAL
14:03 25.06.2026
840
Bu il I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında maksimum nəticə, 700 balı toplayan Burlaxatun Məcidlinın əkiz bacısı Banuçiçək də yüksək nəticə göstərib.

AZXEBER.COM-un məlumatına görə, Burlaxatunun atası Bəhruz Məcidov Modern.az-a açıqlamasında bildirib ki, ailə üçün bu nəticə gözlənilməz olmayıb.

"Burlaxatunun 700 bal toplayacağına şübhəmiz yox idi. O, uşaqlıqdan çox əzmkar, inadkar və məqsədli olub. Elə buna görə də ailədə hamı ondan yüksək nəticə gözləyirdi”, - o qeyd edib.

Atanın sözlərinə görə, ailənin digər sevinc mənbəyi isə Burlaxatunun əkiz bacısı Banuçiçək Məcidlinin də uğurlu nəticə göstərməsi olub. Belə ki, Banuçiçək qəbul imtahanında bacısından bir qədər az - 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və ikinci cəhd imtahanında da iştirak edəcək.


B.Məcidov deyir ki, bacılar uşaqlıqdan hər işlərini birlikdə görüblər: "Əkizdirlər, elə həmişə birlikdə olublar - dalaşanda da, sevinəndə də. Uşaqlıqdan hazırlığa da bir yerdə gediblər. Bəzi fənlər üzrə müəllimləri ayrı olsa da, ümumilikdə hər zaman bir-birlərinə dayaq olublar”.

Ata qeyd edib ki, Banuçiçək bacısının nəticəsinə görə son dərəcə sevinib və aralarında heç vaxt rəqabət hissi olmayıb: "Banuçiçək Burlaxatunun nəticəsinə çox sevindi, onu qətiyyən qısqanmır. Əksinə, həmişə deyirdi ki, Burlaxatundan başqa nəticə gözləmək olmaz”.

Məcidli bacıları buraxılış imtahanında da yüksək nəticə ilə diqqət çəkmişdilər. Həmin imtahanda Burlaxatun 300 bal, Banuçiçək isə 266,7 bal toplamışdı. Hər iki abituriyent Mingəçevirdəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunudur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticə toplayıb. O, imtahanın birinci mərhələsində də maksimum nəticə göstərərək 300 bal yığıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA