Bursada pilot Hakan Köksal və Burcu Sağlamın həyatını itirdiyi təyyarə qəzasından yeni görüntülər ortaya çıxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik kamerasına əks olunan görüntülərdə tək mühərrikli təyyarənin hündürlüyünü itirərək 380 min volt elektrik enerjisi daşıyan təbii qaz dövriyyəsi elektrik stansiyasında yüksək gərginlikli xəttə dəydiyi və partlayışdan sonra havada alovlandığı görülüb.
Belə ki, Bursadan havaya qalxdığı anlar təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb və təyyarə Bursaya dönmək üçün Sakaryanın Pamukova rayonundan havaya qalxdıqdan təxminən yarım saat sonra Ovaakça Təbii Qaz Dövr Elektrik Stansiyasının ərazisi üzərindəki meşəyə düşüb.
Hazırda görüntülər Baş Prokurorluq tərəfindən araşdırılır.
Həmin görüntüləri təqdim edirik:
Ayşən