“Buta Airways”də növbəti biabırçılıq: Sərnişindən içi boş çantaya görə 51 manat aldılar (FOTO)

SOSİAL
12:54 27.04.2018
5074

""Buta Airways”lə uçuş zamanı yanıma boş bel çantası götürmüşdüm, çünki geridönüş biletimə baqaj daxil idi. Ancaq buna icazə verməyərək, boş çanta üçün məndən 51 manat ödəniş istədilər. Dedilər ki, yalnız içinə notbuk qoysam, pulsuz keçirməyə icazə verə bilərlər. Mən də məcbur boş çantaya 51 manat ödəməli oldum”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri sərnişin Fuad Tağıyev sosial şəbəkədə yazıb. O bildirib ki, dəfələrlə aviaşirkətin reysləri ilə uçsa da, ilk dəfə bu kimi halla qarşılaşır.

Qeyd edək ki, ucuz hava şirkəti adı ilə fəaliyyətə başlayan "Buta Airways” bir neçə müddətdir fəaliyuyət göstərsə də, sosial şəbəkələrdə ən çox tənqid olunan hava şirkətlərindən birinə çevrilib.

 


OXŞAR XƏBƏRLƏR