'Bütün barları gəzəcəm'

İDMAN
10:45 19.10.2012
1357
Kevin Qrosskroyts və klubun menecerlərindən biri Frits Lünşermann maraqlı açıqlama veriblər. Qol.Az-ın məlumatına görə, onlar mövsümü hər hansı titulla başa vuracaqları təqdirdə komandanın stadionundan məşq meydançasınadək yol boyunca hər bir barda pivə içəcəklərini vəd ediblər.Lünşermann “Bild”ə deyib: “Kevin və mən söz vermişik ki, Almaniya çempionluğu, ölkə kuboku və ya Avropa kuboklarından birini qazansaq, stadiondan məşq meydanınadək gəzəcəyik və bütün barlara ən azı 1 bokal pivə və 100 qram şnaps içmək üçün girəcəyik”.

OXŞAR XƏBƏRLƏR