"Bütün bunlar 10 noyabr bəyanatının prinsiplərinin pozulmasıdır"

"Bütün bunlar 10 noyabr bəyanatının prinsiplərinin pozulmasıdır"
SİYASƏT
15:39 15.12.2022
519
"Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçilərinin və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası və bu aksiyanın tələbləri tamamilə ədalət prinsiplərinə söykənir. Məlum olduğu kimi, ermənilər hələ Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ölkəmizin təbii resurslarını qanunsuz olaraq talayırdılar". 

Bu sözləri AZXEBER.COM- açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, bu talama prosesində təkcə müharibə cinayətkarları deyil, eyni zamanda erməni diasporunun nümayəndələri də aktiv şəkildə iştirak edirdilər:

"Məhz Azərbaycan ərazilərindən oğurlanan vəsaitlər, Azərbaycan ərazilərinin təbii resurslarının, o cümlədən qızıl ehtiyatlarının talanması nəticəsində əldə olunan çirkli pullar ayrı-ayrı dələduz erməni iş adamlarının, o cümlədən bu gün Azərbaycan ərazilərində olan Ruben Vardanyanın vasitəsilə yuyulurdu. Daha sonra bir qismi müxtəlif vasitələrlə erməni diasporunun təmsilçilərinə ötürülürdü.

Bütün bu Azərbaycan ərazilərinin qanunsuz şəkildə istismar olunmasından əldə olunan pullar ayrı-ayrı ölkələrdə satqın siyasət adamlarının, senatorların maliyyə ehtiyaclarını ödənməsi üçün istifadə edilirdi. Təbii ki, bizim ərizələrimizdən əldə olunan vəsaitlər özümüzə qarşı yönəldilirdi". 

Elçin Mirzəbəyli bildirib ki, təəssüflər olsun ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində də eyni davranışlar davam edir:

"Baxmayaraq ki, sülhməramlı missiyaların bütövlükdə mandatında onlar hansı ölkənin ərazilərində yerləşirlərsə, həmin ölkənin qanunvericiliyinə uyğun davranmaları və həmin ölkənin qanunlarının bilavasitə yerinə yetirilməsi əsas funksiyalardan biri sayılır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eyni zamanda BMT-nin sülhməramlı fəaliyyəti haqqında ümumi doktorinasının prinsiplərində də yer alan məqamlardır. Amma bütün bunlara baxmayaraq, mövcud davranışlar həm 10 noyabr bəyanatının prinsiplərinin, həm də sadaladığım beynəlxalq sənədlərin müddəaların pozulmasıdır".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın ərazilərinin qanunsuz şəkildə talanmasının qarşısının alınması kimi müvafiq tədbirlər görmək barədə məsələ qaldırması zəruridir:  
 
"Belə olduğu təqdirdə şübhəsiz ki, Azərbaycan tərəfindən Rusiya sülhməramlılarının qarşısında, həmçinin müvafiq Rusiyanın zəmanətçi ölkə kimi qarşısında məhz Azərbaycan ərazilərinin qanunsuz şəkildə talanmasının qarşısının alınması kimi müvafiq tədbirlər görmək barədə məsələ qaldırmaq zəruridir. İndiki şəraitdə atılan addımlar Azərbaycan ekologiyasının qorunmasına xidmət edir. Ekologiya isə konkret olaraq təkcə hər hansı bir dövlətin daxili işi deyil. Mahiyyət etibarilə həm də beynəlxalq məsələdir".

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan tərəfinin qaldırdığı məsələ ölkəmizin suveren ərazilərində gedən proseslərə tamamilə qanuni bir nəzarət funksiyasının yerinə yetirilməsi ilə bağlıdır:

"Bu aspektdən də Azərbaycan tərəfinin qaldırdığı məsələ ölkəmizin suveren ərazilərində gedən proseslərə tamamilə qanuni bir nəzarət funksiyasının yerinə yetirilməsi ilə bağlıdır. Digər aspekt isə bütün bu cinayətlərin qarşısının alınması ilə bağlıdır. Çünki qanunsuz yollarla əldə olunan pullar son nəticədə bütün dünyada beynəlxalq praktikada olduğu kimi digər cinayət əməllərinin həyata keçirilməsidir. O cümlədən separatizmin, terrorizmin stimullaşdırılmasına xidmət edən faktorlardır"

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm