‘Bütün dünya bilir ki, Azərbaycanın ali baş komandanı qüdrətli bir şəxsdir’ - Deputat

SİYASƏT
13:46 14.07.2014
1226

“O güclü Azərbaycan ordusunun rəhbəridir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. O, prezidentin nazirlər kabinetinin iclasında ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsi, orduda islahatların dərinləşməsi, nizam-intizamınartırlması ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib:

“Artıq ənənə halını alan bu cür müşavirələr, gələcəkdə daha dinamik inkişaf edəcək Azərbaycanın formalaşması üçün çox mühümdür. Bizim hələ də işğal altında olan torpaqlarımızın olması, atəşkəs rejiminin hər gün müntəzəm olaraq düşmən ordusu tərəfindən pozulmasını nəzərə alsaq bu cür müşavirələrdə ordumuzla bağlı hansısa müzakirələrin aparılmasıda təbiidir.  Bütün dünya bilir ki, Azərbaycanın ali baş komandanı qüdrətli bir şəxsdir. O güclü Azərbaycan ordusunun rəhbəridir. Və o çox yaxşı bilir ki, hərbi meydanda Azərbaycan Ermənistanla tək qalarsa o zaman ölkəmizin hərbi gücü əsas təşkil edəcək. Buna görə də ordu quruculuğunda islahatlar davam etməlidir. Eyni zamanda Ermənistanın ətrafında olan müttəfiqlər zərərsizləşdirilmək üçün beynəlxalq siyasət də önəmli silah rolunu oynamalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ordumuzun döyüş qabiliyyətiniyüksək səviyyədə olduğunu söyləmişdir.

Günel

OXŞAR XƏBƏRLƏR