Bütün dünya ‘Facebook’da açılan bu səhifədən danışır - FOTOLAR

MARAQLI
00:07 02.12.2012
7264

Məhkəmə "Facebook"da pedofilliklə mübarizə aparan səhifəni bağlayıb

Buna səbəb uşaqlara qarşı seksual hərəkətlər edən keçmiş məhkumun iddiası olub

AZXEBER.COM-un məlumatına görə, Londonda məhkəmə "Facebook"da pedofilliklə mübarizə aparan səhifəni bağlayıb. İşi araşdıran Şimali İrlandiya məhkəməsində iddia qaldıran tərəf qalib gəlib.Həmin şəxs əvvəllər uşaqlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirkar bilinən keçmiş məhkumdur.

Məhkəmə iddiaçının səhifənin təhqiredici məzmunu və insan haqlarını pozması arqumentlərilə razılaşıb. Məhkəmə “Uşaqlarımızı yırtıcılardan qoruyaq” adı altında yaradılan səhifəni bağlamaq üçün "Facebook"a 72 saat vaxt verib.

Həmin səhifədə keçmiş məhkumun şəkli verilib, şəklə rəy və hədələyici sözlər yazılıb. Məhkəmə prosesində iddiaçının adı açıqlanmayıb.

Keçmiş məhkum səhifəni yaradanları qanunsuz olaraq onun şəxsi materallarından istifadəyə, həyatına müdaxiləyə və hədələrə görə məhkəməyə verib. "Facebook" onun şəklini səhifədən çıxarsa da, bu, səhifəni qoruya bilməyib.

Qeyd edək ki, o, ölkənin həbsxanalarından birində təxminən 20 il əvvəl uşaqbazlığa görə 6 il həbs cəzası çəkib. “Uşaqlarımızı yırtıcılardan qoruyaq” səhifəsi bağlansa da, tezliklə həmin adda daha iki səhifə yaradılıb.

OXŞAR XƏBƏRLƏR