Bütün dünya islandiyalı şərhçidən danışır - VİDEO

Bütün dünya islandiyalı şərhçidən danışır - VİDEO
İDMAN
16:00 28.06.2016
1616

Avro-2016-nın ən yüksək səsli şərhçisi İslandiyadandır. Söhbət Qudmundur Benedikssondan gedir.

O bütün dünyada island futbolçuların vurduğu qolları emosional şəkildə bayram etməsi ilə tanınır.

1/8 finalın dünən keçirilən İngiltərə - İslandiya oyununda (1:2) Qummi Ben Kolbeyn Siqtorsson qol vurarkən az qala səsini itərəcəkdi. İnternet istifadəçiləri island şərhçinin sağlamlığından ciddi narahat olublar. Matç zamanı bir çox istifadəçi "Tvitter"də Qummi Benin özünü necə hiss etdiyini və ümumiyyətlə onun yaşayıb-yaşamadığını soruşublar.

OXŞAR XƏBƏRLƏR