İlon Maskın "SpaceX” şirkəti 60 "Starlink” (bütün dünya üzərə pulsuz interneti təmin edəcək kiçik peyklər) mikropeykini daşıyacaq "Falcon 9” raketinin uçuşunu startdan 1,24 dəqiqə əvvəl ləğv edib.
Bu barədə şirkətin "Twitter” hesabında bildirilir.
"Bundan sonrakı buraxılış martın 1-də olacaq”, - deyə məlumat verilib.
Uçuşun ləğv edilməsinin səbəbləri barədə məlumat verilməyib.
"Falcon 9” Floridadakı Kennedi Kosmik Mərkəzindən havaya qalxmalı idi.