ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bu gün Alyaskanın Ankoric şəhərində keçiriləcək görüşə hazırlıq davam edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, görüşün keçiriləcəyi məkan dəqiqləşib.
Görüşün uzun müddətdir ki, ABŞ ordusunun Arktika əməliyyatlarını və Rusiyanın regiondakı fəaliyyətini izləmək üçün istifadə etdiyi Elmendorf-Richardson Birgə Bazasında keçiriləcəyi gözlənilir.
Liderin Alyaskadakı görüşü üçün təhlükəsizlik tədbirləri artırılıb.
Tramp - Putin görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.