"Bütün məqsədlərimizə çatana qədər müharibəni davam etdirəcəyik".
AZXEBER.COM xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi mətbuat konfransında İsrailin bütün gücü ilə mübarizəyə davam edəcəyini bildirib.
İsrailin var gücü ilə mübarizəni davam etdirdiyini bildirən Netanyahu bunları söyləyib:
"Münaqişələr davam edir. Ötən gün Müharibə Nazirləri kabineti ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (IDF) artan güclə döyüşü davam etdirməyi tapşırdım. Son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini məhv etdik. Biz Xan Yunisdə hərtərəfli hava zərbələri həyata keçirdik. Beyt Lahiyadakı infrastrukturu məhv etdik. Qəzza zolağının şimalında fəaliyyətimizi davam etdiririk. Biz müharibəni bütün məqsədlərə çatana qədər davam etdirəcəyik və quru əməliyyatı olmadan bu məqsədlərə nail olmaq mümkün deyil. "Yerüstü əməliyyat bu günə qədər əldə edilmiş nəticələrə nail olmaq üçün lazım idi və gələcək nəticələrə nail olmaq üçün də lazımdır”.
İsrailin də şimalda Hizbullahı hədəf aldığını ifadə edən Netanyahu "Hizbullahın şimalda bizə qarşı hərəkətə keçmə cəhdlərinə qarşı davamlı olaraq tədbir görürük. Biz düşməni sərhədimizdən uzaqlaşdırır, döyüş materiallarını məhv edirik. Bizə qarşı olan aqressiya qarşısında boş oturmuruq. Dəfələrlə atəş açırıq. Biz cənubda və şimalda təhlükəsizliyi bərpa etməkdə qərarlıyıq. Hizbullah səhv edib genişmiqyaslı müharibəyə başlasa, Livanı öz əlləri ilə məhv edəcək. "Bizi çətin döyüş gözləyir, amma sonda qalib gələcəyik" - deyə sözlərini sonlandırıb.
Mikayıl