'Bütün müsəlmanları öldürün' - FOTO

DÜNYA
16:42 13.05.2013
2233

Bostandakı partlayışdan sonra amerikalı jurnalist sosial şəbəkələrin birində yazdığı statusu ilə bütün dünyanı ayağa qaldırıb.

Belə ki, AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist Erik Rush twitter hesabından göndərdiyi mesajında “Bütün müsəlmanları öldürək” deyə çağırış edib. Amerikanın Fox Tv xəbərçilərindən olan E.Rushun yazdığı mesaj birmənalı qarşılanmayıb. Bostandakı olaydan sonra onu izləyənlərdən birinə göndərdiyi mesajda “Müsəlmanlar pisdir, hamısını öldürmək lazımdır” yazıb. Göndərdiyi twitlərlə sosial şəbəkələri qarışdıran jurnalist fikirlərindən dönməyib. Ona reaksiya verənlərə isə təhqirlərini edərək cavab verib. “Düşmənlərimiz tərəfindən beyni yuylmuş axmaqların sayı durmadan artır”.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR