Bütün xəstəlikləri müalicə edən bu meyvə Azərbaycanda bitir - FOTO

SAĞLAMLIQ
21:07 03.12.2023
1547
Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər.

AZXEBER.COM medicina.az-a istinadən xəbər verir ki, avropalı alimlər "Nutrients" dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar.

Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur.

Nar maddələr mübadiləsinin pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da, xəstəliyi zəiflədir.

İkincisi, o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır. Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir.

Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır. Ona görə nar superfud hesab edilir.

 

OXŞAR XƏBƏRLƏR