Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib
DÜNYA
20:24 12.02.2025
624
Qəzza zolağından olan qaçqın ailəsi Ukraynadan olan ailələrə yardım proqramı çərçivəsində Böyük Britaniyada yaşamaq hüququ əldə edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Times” qəzeti məlumat yayıb.

"Qəzzadan olan ailə Daxili İşlər Nazirliyinin imtinasının onların hüquqlarını pozduğuna dair hakimin qərarından sonra Böyük Britaniyada yaşamaq hüququ əldə edib", - məlumatda bildirilib.

Ukraynadan olan ailələrə yardım proqramının (Ukraine Family Scheme) həyata keçirilməsinə 2022-ci ilin martında başlanılıb. Proqram çərçivəsində 70 mindən çox viza verilib, 2024-cü ilin fevralından etibarən müraciətlərin qəbulu dayandırılıb.

Nəşrin məlumatına görə, Qəzza zolağından olan ailə ilə bağlı hadisə Ukraynadan olmayan insanların proqramdan istifadə etdiyi ilk hal olub.

Altı nəfərdən ibarət ailə Qəzzada qaçqın düşərgəsində yaşayıb. 2024-cü ilin yanvarında onlar Ukrayna sxemində iştirak üçün müraciət ediblər.

Daxili İşlər Nazirliyinin imtinasından sonra ailə sığınacaq və miqrasiya məsələləri üzrə birinci instansiya məhkəməsinə müraciət edib. Məhkəmə müsbət qərarın dünyanın hər yerindən insanlar üçün "qapılar aça" biləcəyini və bu yolla fələstinlilər üçün köçürmə sxeminin yaradılmasının onun səlahiyyətlərinə daxil olmadığını əsas gətirərək şikayəti rədd edib.

Ailə apellyasiya şikayəti verib, bundan sonra sığınacaq və immiqrasiya üzrə ali məhkəmənin hakimi Hüqo Norton-Teylor bu qərara yenidən baxaraq sığınacaq hüququ verib. O, imtinanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququ haqqında 8-ci maddəsinə zidd olduğu qənaətinə gəlib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb