Böyük Britaniya gəncləri siyasətə cəlb edir: Seçki hüququ 16 yaşa endirildi

Böyük Britaniya gəncləri siyasətə cəlb edir: Seçki hüququ 16 yaşa endirildi
DÜNYA
23:53 17.07.2025
221
Böyük Britaniya hökuməti seçki sisteminin islahatları çərçivəsində 16 və 17 yaşlı yeniyetmələrə seçkidə səs verməyə icazə vermək qərarına gəlib.

Bildirilir ki, belə bir tədbir dünyanın dəyişən prosesində demokratik iştirakı gücləndirməyə imkan verəcək və Böyük Britaniyada demokratiyaya inamı bərpa etməyə kömək edəcək.

Qeyd edək ki, daha əvvəl səsvermədə iştirak üçün minimum yaş həddi 18 idi. Eyni zamanda, Şotlandiya və Uelsdə seçkilərdə səs verməyə 16 yaşdan icazə verilib.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR