Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb

Böyük Britaniya İsrail və İranı təcili olaraq gərginliyi azaltmağa çağırıb
DÜNYA
09:55 13.06.2025
222
Böyük Britaniyanın Baş naziri Kir Starmer İran və İsraili "geri addım atmağa və təcili olaraq gərginliyi azaltmağa" çağırıb.

Starmer zərbələri "narahatedici" adlandırıb.

"Münaqişənin eskalasiyası regionda heç kimə fayda vermir", - deyə o bildirib.

"Yaxın Şərqdə sabitlik prioritet olmalıdır və biz tərəfdaşları münaqişənin deeskalasiyasına cəlb edirik. İndi təmkin, sakitlik və diplomatiyaya qayıtmaq vaxtıdır", - Britaniya baş naziri deyib.
 
/Report
OXŞAR XƏBƏRLƏR