Bu gün səhər saatlarında Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Boris Conson danışıqlar zamanı bütün Britaniyanın Ukraynanın yanında olduğunu bildirib.
Baş nazir gələn həftə NATO-nun iclasında Ukraynaya hərbi dəstəyi artırmaq üçün müttəfiqlərlə işləmək öhdəliyi götürüb və ölkəsinin rəsmi Kiyevə əlavə hərbi yardım etmək niyyətində olduğunu açıqlayıb.
Prezident Zelenski Ukraynadakı vəziyyət, hərbi və humanitar ehtiyaclar barədə Consona məlumat verib.
Onlar həmçinin davam edən sülh danışıqlarında irəliləyişi müzakirə ediblər.
Baş nazir danışıqlarda Ukraynanın mövqeyini dəstəklədiyini bildirib.
Zelenski Böyük Britaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirdiyini bildirib.