Böyük Britaniyada həddindən artıq isti günlərin sayı son 10 ildə üç dəfədən çox artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkədə uzunmüddətli, güclü yağışlı günlərin sayında əhəmiyyətli artım müşahidə olunur.
Müvafiq olaraq, keçən il Böyük Britaniyada qeydə alınan ən isti ikinci il olub.
İyun və sentyabr ən isti aylar kimi qeydə alınıb.
Məlumata görə, ötən il ölkədə həddindən artıq isti günlərin tezliyində xeyli artım olub.
Bu dəyişikliklər Böyük Britaniyanın rütubətli və soyuq iqlimi üçün müsbət görünsə də, hökumət dəyişkən iqlimin ölkənin ekosistemi və infrastrukturu üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Eynilə, son 10 ildə iqlim dəyişikliyi səbəbindən yağışlı günlərin tezliyində 20 faiz artım aşkar edilib.
Mikayıl