Böyük Britaniyada qocalar evində mindən çox işçidə koronavirus aşkarlanıb.
"HaberGlobal” məlumat verir ki, bununla bağlı ölkənin Sosial Müdafiə naziri Helen Vateli açıqlama verib:
"Testlər davam etdirilir. Qarşıdakı bir neçə gün ərzində təxminən 30 min işçi testdən keçəcək. Qocalar evində yaşayan və evlərdə baxılan müdafiəsiz vətəndaşlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik”.
İngiltərə Milli Statistika Ofisi (ONS) Böyük Britaniyada rəsmi olaraq qeyd edilən ölümlərin həqiqi rəqəmlərdən 15% az olduğunu, xəstəxanalardan başqa yerdə (evlərdə, qocalar evində) ölənlərin qeydiyyata alınmadığını bildirib.